Vətən müharibəsi şəhidi İxtiyar Əliyev dəfn olunub
2021-10-14 16:06
Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu gizir İxtiyar Əliyev anadan olduğu Goranboyun Goranlı kənd qəbiristanlığında dəfn olunub. 1994-cü il təvəllüdlü gizir İxtiyar Əliyev Vətən müharibəsində kəşfiyyat taborunda xidmət edib. Sonuncu dəfə oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə düşmənə qarşı vuruşub. İxtiyar Əliyev Vətən müharibəsində Azərbaycan Ordusunun itkin hesab edilən 7 hərbiçisindən biri idi. Allah rəhmət etsin.
Fərid Mehdiyev