Uzun illər Gəncə klubunda çıxış etmiş futbol veteranı AFFA-nın təqaüdünü alacaq
2021-03-17 18:12
"Kəpəz"in sabiq kapitanı, uzun illər Gəncə klubunda çıxış etmiş futbol veteranı Tofiq Məmmədov AFFA-nın təqaüdünü alacaq. Bununla bağlı qərar milli assosiasiyanın Futbol Veteranları Fondunun əsasnaməsinə uyğun olaraq İcraiyyə Komitəsində verilib. Hazırda məşqçi kimi çalışan Tofiq Məmmədov ötən ildən həm də Gəncə Futbol Veteranları Birliyinin sədridir.
Nərgiz camal