Usta şadlıq sarayında təmir zamanı yıxılaraq ölüb
Bakının Nərimanov rayonuda yerləşən şadlıq saraylarından birində təmir işi aparan usta 1988-ci il təvəllüdlü Bəhram Bayramov ölüb. O, dəmir konstruksiyanın üzərindən yerə yıxılması nəticəsində almış olduğu xəsarətdən dünyasını dəyişib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Fərid Mehdiyev