Universitet və kolleclərə ərizə qəbulu başa çatır
2020-06-09 12:00
Ali təhsil müəssisələrinə və tam 11 illik orta təhsil bazasında kolleclərə ərizə qəbulu bu gün 23.59-da başa çatacaq. İndiyədək ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə 72092 abituriyent elektron qaydada ərizə verib. V ixtisas qrupu üzrə qeydiyyatdan keçən abituriyentlərin sayı 56878, orta ixtisas təhsili səviyyəsi üzrə qeydiyyatdan keçənlərin sayı 59805 nəfər təşkil edir.
Vəfa Şairova