Universitet dekanı barədə cinayət işi başlanılıb
Azərbaycan Dövlət Aqrar Universitetində dekan işləyən Famil Nəsibovun rəhbərlik etdiyi fakültənin bəzi tələblərinin dərslərdə iştirak etməməsi və imtahanlarda məqbul qiymətlər yazılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Onun üzərində və xidməti otağında iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilib. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. Famil Nəsibovun digər qanunazidd halların müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Nərgiz Camalzadə