UNESCO rəsmisi: İlham Əliyevin WUF13-də səsləndirdiyi fikir mühüm əhəmiyyət daşıyır
UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktoru Lazare Elundu Assomo WUF13 çərçivəsində keçirilən müzakirə zamanı videomüraciətində deyib ki, Prezident İlham Əliyevin “mədəni irs və ətraf mühitin qorunması olmadan inkişaf mümkün deyil” fikri postmünaqişə dövründə şəhərlərin bərpası üçün mühüm əhəmiyyət daşıyır. UNESCO rəsmisi qeyd edib ki, münaqişələr nəticəsində şəhərlər əsas hədəfə çevrilib və Dünya İrs Siyahısına daxil olan bir çox şəhər ciddi dağıntılarla üzləşib. Onun sözlərinə görə, Bakıdakı müzakirələr münaqişədən zərər çəkmiş şəhərlərin inkişafına dəstək baxımından vacib platformadır.
21 may 2026

