Un istehsalı ilə məşğul olan şəxslərə subsidiya veriləcək
2021-02-17 18:05
Nazirlər Kabineti “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, bu il mayın 1-nə qədər Azərbaycandan ixrac olunan buğdanın hər tonuna 200 ABŞ dolları gömrük rüsumu tutulacaq. Digər qərarla un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə bu il fevralın 1-dən mayın 1-dək olan dövrdə 35 manat məbləğində subsidiya veriləcək. Azərbaycanda ərzaqlıq buğda ehtiyatının yaradılması ilə bağlı yeni mexanizm də formalaşdırılacaq.
Vüsalə Camal