Umut Bulut öz adından Ermənistan mətbuatında yayılan açıqlamalara münasibət bildirib
2020-11-06 18:09
Türkiyə millisinin və "Qalatasaray" klubunun sabiq futbolçusu Umut Bulut öz adından Ermənistan mətbuatında yayılan açıqlamalara münasibət bildirib. Hazırda "Yeni Malatyaspor"da çıxış edən 37 yaşlı hücumçu "Umut Bulut19" tvitter hesabının ona məxsus olmadığını söyləyib. Təcrübəli oyunçu bütün Azərbaycan xalqına salamlarını çatdırıb.
Vüsalə Camal