Ümummilli Lider Heydər Əliyevin vəfatından 20 il keçir. Ulu Öndərin xatirəsi Azərbaycanda, eləcə də xarici ölkələrdə ehtiramla yad edilir. Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Ulu Öndər səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib və namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb. Həmin il dekabrın 12-də Ümummilli Lider ABŞ-ın Klivlend Klinikasında vəfat edib. Prezident İlham Əliyevin 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycanda 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Ulu Öndərin siyasəti və dəsti xətti əbədiyaşar ideologiyaya çevrilib. Məhz Heydər Əliyevin əsasını qoyduğu siyasətin davamı olaraq, bu gün Qarabağ da, Şərqi Zəngəzur da azaddır. Allah rəhmət etsin!
Vüsalə Cənnətova