Ultramarafonun iştirakçıları Yevlaxdan Ucara istiqamətləndilər
Xankəndi - Bakı ultramarafonunun ikinci mərhələsinə start verilib. “Qürurla irəli” şüarı ilə təşkil olunan marafonun ikinci mərhələsində iştirakçılar Yevlaxdan Ucara qədər 84 km məsafə qət edəcəklər. İdmançılar Ucar - Hacıqabul, Hacıqabul - Qobustan və Qobustan - Bakı mərhələlərini keçməklə, martın 4-də paytaxta çatacaqlar. Ultramarafonda 64 idmançı mübarizə aparır.
Fərid Mehdiyev