Ukraynanın yüzlərlə dinc sakininin qətlə yetirildiyi Buça şəhərinin görüntüləri yayılıb
2021-04-04 10:05
Ukraynanın yüzlərlə dinc sakininin qətlə yetirildiyi Buça şəhərinin görüntüləri yayılıb. Görüntülərdə şəhərdə kütləvi dağıntılar, xaos əks olunub. Şəhərdə silahlı toqquşmalar bir aydan çox davam edib. Martın sonunda Buça Ukraynanın qəhrəman şəhəri adına layiq görülüb. Şəhərin küçələri yanmış avtomobillərlə yanaşı, insan meyitləri ilə doludur, yerli hakimiyyət orqanlarının məlumatına görə həlak olanlardan bəzilərinin 14 yaşı var.
Nərgiz camal