Ukraynanın Xarkov şəhərinə növbəti aviasiya zərbəsi endirilib
2021-03-01 12:11
Ukraynanın Xarkov şəhərinə növbəti aviasiya zərbəsi endirilib. Bombalar bu gün səhər saatlarında şəhərin mərkəzində yerləşən Azadlıq meydanına, bələdiyyə binasının yaxınlığına düşüb. Ölən və yaralananların sayı barədə məlumat verilməyib. Ukraynanın Axtırka şəhərində hərbi hissəsinin atəşə tutulması nəticəsində isə 70-dən çox ölən olub. Xilasedicilər hazırda hadisə yerində axtarış işlərini davam etdirirlər. Bu arada, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan Ukraynadakı vəziyyətlə bağlı araşdırmaya başlayıb. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin feysbuk səhifəsində məlumat verilib.
Nərgiz camal