Ukraynanın Sumı Vilayəti rus işğalçılarından tamamilə azad edilib
2021-04-08 10:08
Ukraynanın Sumı Vilayəti rus işğalçılarından tamamilə azad edilib. Vilayətin Dövlət Administrasiyasının rəhbəri Dmitri Jiviski bildirib ki, indi bölgənin minalardan təmizlənməsinə ehtiyac var. Jiviski ukraynalılara xəbərdarlıq edərək deyib ki, ərazi hələ də təhlükəlidir. Rusiya hərbçiləri yoxlanılmamış çoxlu minalanmış əraziləri qoyub gediblər.
Vüsalə camal