Ukraynanın İrpen şəhər Şurası Prezident İlham Əliyevi fəxri vətəndaşı elan edib
Ukraynanın İrpen şəhər Şurası Azərbaycan Prezidenti İlham Əliyevi şəhərin Fəxri Vətəndaşı elan edib.İrpen şəhər Şurasının rəhbəri, mer əvəzi Anjela Makeyeva bildirib ki, müharibə başlayandan sonra Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycandan Ukraynaya, o cümlədən İrpenə geniş humanitar dəstək göstərilib.Həmin yardımlar çərçivəsində şəhərdə lisey və poliklinika bərpa olunub, Ukraynaya ümumilikdə 11 humanitar yardım paketi göndərilib.Eyni zamanda, müharibədən zərər çəkən bölgələrdən 500-dən çox ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirilib.
30 aprel 2026

