Ukraynanın “qəhrəman şəhər”lərinin sayı artıb
2021-03-25 18:07
Ukraynanın “qəhrəman şəhər”lərinin sayı artıb. Prezident Volodimir Zelenskinin imzaladığı fərmanla Kiyev vilayətinin Buça, İrpen şəhərləri, həmçinin Nikolayev vilayətinin eyniadlı şəhəri və Sum vilayətinin Axtırka şəhərinə “qəhrəman şəhər” fəxri adı verilib. Xatırladaq ki, daha öncə Zelenski Xarkov, Çerniqov, Mariupol, Qostomel, Volnovaxa və Xersona da “qəhrəman şəhər” fəxri adını verib.
Nərgiz camal