Ukraynalı əsirlər Rusiyada təyyarə qəzasında öldülər
Rusiya Müdafiə Nazirliyi İl-76 hərbi nəqliyyat təyyarəsinin Belqorod vilayətində qəzaya uğraması barədə məlumat yayıb. Təyyarənin göyərtəsində dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi, 6 ekipaj üzvü və onları müşayiət edən 3 nəfər olub.
Ukrayna Silahlı Qüvvələrdəki mənbələr isə bildirir ki, əsirlərin mübadiləsi ilə bağlı heç bir razılaşma olmayıb və vurulan təyyarədə S-300 raketləri olub.
Fərid Mehdiyev