Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana yola salınıb
Ukraynadakı müharibədən zərər çəkən daha bir qrup ukraynalı uşaq reabilitasiya məqsədilə Azərbaycana göndərilib.Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, Bakı Kiyevə humanitar dəstəyini davam etdirəcək. Mariupol merinin müavini Yuri Pivovarov 30-dan çox uşağın Azərbaycana yola salındığını deyib.Bununla Azərbaycanda reabilitasiya keçən ukraynalı uşaqların sayı 600-ü ötəcək. Səfər çərçivəsində uşaqlar üçün psixoloji dəstək, terapiya və sosial adaptasiya proqramları təşkil olunacaq.
03 iyun 2026

