Ukraynalı jurnalistlər Gəncədə erməni terrorunun izləri ilə tanış olublar
2021-09-28 10:09
Ukraynalı jurnalistlər Gəncəyə səfər ediblər. Onlar Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, günahsız mülki insanlara qarşı həyata keçirilmiş erməni hərbi cinayətlərinin nəticələri ilə yerində tanış olublar. Qonaqlar həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüblər.
Nərgiz camal