Ukraynadan Azərbaycana təxliyə olunan uşaqlar məktəblərə necə yerləşdirilir? bizdən eşidəcəksiz
2021-03-14 14:00
TN Ukraynadan Azərbaycana gətirilən şagirdlərin tədrisə cəlb olunmasına aydınlıq gətirib. Bildirilib ki, yerli təhsili idarəetmə orqanı tərəfindən təqdim olunan sənədlər əsasında şagirdin təhsil alacağı sinfi müəyyənləşdirilir. Sənədlər olmadıqda və ya təqdim olunmuş sənədlərdən qəbul olunmalı sinfini müəyyən etmək mümkün olmadıqda, şagirdlərin təhsil aldığı siniflərin proqramlarına uyğun hazırlıq səviyyəsi komissiya vasitəsilə yoxlanılır və təhsil alacağı sinfi müəyyənləşdirilir.
Vüsalə camal