Ukraynadan Azərbaycana gətirilən daha 30 uşaq reabilitasiya xidmətləri ilə əhatə olunub.İlkin mərhələdə uşaqlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində müayinədən keçirilib və onların hər biri üçün fərdi reabilitasiya proqramı hazırlanıb.Uşaqların emosional vəziyyətinin stabilləşdirilməsi və cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiyası məşğələləri təşkil olunur.Müalicəvi masaj, hovuz və vanna prosedurları, art-terapiya və digər reabilitasiya xidmətləri göstərilir.10 günlük sosial reabilitasiya proqramına uyğun olaraq, ukraynalı uşaqlar üçün tarixi məkanlara və muzeylərə ekskursiyalar, stolüstü oyunlar, yarışlar və digər asudə vaxt tədbirlərinin təşkili də nəzərdə tutulub.
08 iyun 2026

