Ukraynadakı vəziyyət ciddi narahatlıq doğurur - XİN
2021-02-25 10:05
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Daimi Şuranın xüsusi iclası keçirilib. İclasda xarici işlər nazirinin müavini Araz Əzimov video formatda iştirak edərək Ukraynada və ətrafındakı vəziyyətin ciddi narahatlıq doğurduğunu qeyd edib. Vəziyyətin gərginləşməsinin itkilərin olmasına səbəb olduğu vurğulanıb. Mövcud vəziyyətin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, habelə ATƏT məkanında təhlükəsizliyin bölünməzliyi əsasında dinc və diplomatik yollarla həllinin vacib olduğu bildirilib.
Nərgiz camal