Ukraynada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradılıb
2021-02-24 18:11
Ukraynada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar diaspor təşkilatları və diaspor fəalları ilə sıx əlaqədə olduqları da açıqlanıb. "Mövcud vəziyyətlə əlaqədar soydaşlarımıza hər cür mənəvi və informasiya dəstəyini təmin etmək məqsədilə Ukrayna Azərbaycanlıları Radasının operativ qərargahı 24 saat fəaliyyət göstərir", - deyə Komitədən bildirilib.
Nərgiz camal