Ukraynada gedən müharibədə daha 4 azərbaycanlı həlak olub
2021-04-22 14:10
Ukraynanın Mariupol şəhərində müharibə nəticəsində daha 4 azərbaycanlı həlak olub, 1 nəfər isə itkin düşüb. Mariupol Azərbaycanlıları Konqresinin sədri Afaq Həmidova bildirib ki, ölənlər Mariupol şəhər sakinləri Əli Qarayev, Mansur Bəşirov, İlqar Məmmədov və Kifayət adlı xanımdır. Sonuncu sığınacaqda ürək dayanmasından ölüb, digərləri isə Rusiya ordusunun şəhəri artilleriya atəşinə tutması nəticəsində mərmilərə tuş gələrək həlak olub. Əslən Tovuz rayonundan olan Mariupol sakini Mahir İslamov isə itkin düşüb.
Vüsalə camal