Ukraynada daha 3 humanitar dəhlizin açılması razılaşdırılıb
2021-03-30 16:05
Bu gün mülki əhalinin təxliyəsi üçün Ukraynada daha 3 humanitar dəhlizin açılması razılaşdırılıb. Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reintqrasiyasə üzrə nazir İrina Vereşukun sözlərinə görə humanitar yardım daşıyan avtobus və yük maşınları artıq Zaporojyanı tərk ediblər. "Biz Rusiya tərəfindən öz öhdəliklərinə əməl etməyi və humanitar yüklərin nəzarət-buraxılış məntəqəsindən keçmələrinə icazə vermələrini tələb edirik”, deyə Vereşuk bildirib.
Nərgiz camal