Canlı
Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poçt markası buraxılıb

2018-05-16 / 14:17

Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poçt markası hazırlanıb. 4 növ markada Azərbaycan Xalq Cümhuriyyətinin Parlament binasının, iclasının, Şərqdə ilk dəfə qadına səsvermə hüququ verilən obrazın təsvirləri yer alıb. Poçt markalarında Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mövzusu geniş qeyd edilib. Markalar artıq bu gündən dövriyyəyə buraxılıb.

Ruhəngiz Hacızadə