Ukraynada Azərbaycan vətəndaşlarını aldadan kiberdələduzluq şəbəkəsinin təşkilatçıları saxlanılıb

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin Ukrayna Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirilən tədbirlərlə Kiyev şəhərində fəaliyyət göstərən qanunsuz "Call Center"lərdə işləyən 11 nəfər, o cümlədən şəbəkənin əsas təşkilatçıları kimi beynəlxalq axtarışa verilmiş Nəriman İskəndərov, Elsun Əliyev, Elşad Musayev və Elşən Şükürov saxlanılaraq Azərbaycana gətiriliblər. Araşdırmalarla müəyyən edilib ki, şəbəkə üzvləri özlərini polis, bank və mobil operator əməkdaşları kimi təqdim edərək vətəndaşlara zəng vurub, pullarının təhlükədə olduğunu bildiriblər. Bununla da insanları bank kartı məlumatlarını və SMS təsdiq kodlarını açıqlamağa, vəsaitlərini saxta hesablara köçürməyə məcbur ediblər. Dələduzluq yolu ilə əldə olunan pullar müxtəlif bank hesablarında toplanıb, daha sonra kriptovalyutaya çevrilərək xaricə göndərilib. Faktla bağlı cinayət işi başlanılıb. Şəbəkənin təşkilatçıları barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslərlə bağlı istintaq tədbirləri davam etdirilir.

03 noyabr 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik