Ukrayna xalqı olaraq mübarizəmizi sonuna qədər davam etdirəyəcəyik - Zelenski
2021-03-09 10:00
Ukrayna prezidenti Volodimir Zelenski canlı yayımla Böyük Britaniyanın parlamentində çıxış edib. Ukrayna lideri bildirib ki, hərbi müdaxilə nəticəsində Rusiya ordusu 11 mindən çox hərbçisini itirib, onlardan biri generaldır. Ukrayna prezidenti əlavə edib ki, ölkəsi dünyanın ən böyük ordusuna qarşı mübarizə aparır. "Biz Ukrayna xalqı olaraq mübarizəmizi sonuna qədər davam etdirəyəcəyik” - deyən Zelenski Böyük Britaniyadan kömək də istəyib.
Nərgiz camal