Ukrayna təhlükəsizlik zəmanəti ilə neytral statusa razıdır
2021-03-11 16:01
“Biz neytral statusa razıyıq, amma ciddi təhlükəsizlik zəmanəti tələb edirik”. Ukrayna Prezident Ofisinin rəhbərinin müavini İqor Jovkva CNN-ə müsahibəsində deyib ki, Zelenski həmkarı Putinlə birbaşa danışıqlara hazırdır. Lakin danışıqlar zamanı heç bir güzəşt olmayacaq. İqor Jovka ötən gün Antalyada keçirilən üçtərəfli görüşdə heç bir irəliləyişin olmadığını da qeyd edib. “Ruslardan eşitdiyimiz son fikir nümayəndə heyətləri çərçivəsində müzakirələrin davam etdirilməsidir. Hərçənd indiyədək əldə olunmuş razılıqlara da əməl olunmur”.
Vüsalə camal