Ukrayna Silahlı Qüvvələri Vışqorodun azad edildiyini elan edib
2021-04-01 10:06
Ukrayna Silahlı Qüvvələri Kiyev vilayətinin Vışqorod rayonunun rus qoşunlarından azad edildiyini elan edib. Məlumata görə, Silahlı Qüvvələr bir çox ərazilərdə mühüm uğurlar əldə edib və hücum əməliyyatlarını davam etdirirlər. Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski 2 generalı rütbədən məhrum edib. Rütbədən məhrum edilənlər Baş Daxili Təhlükəsizlik İdarəsinin rəisi Andrey Naumov və idarənin Xerson vilayətindəki şöbəsinin rəisi Sergey Krivoruçkodur. Zelenski hər 2 şəxsi vətən xaini adlandırıb və onların cəzalandırılacağını bildirib.
Fərid Mehdiyev