Ukrayna müharibə nəticəsində 208 uşaq ölüb
2021-04-23 14:11
Ukraynada müharibə nəticəsində bu günə qədər həlak olan uşaqların sayı 208-ə çatıb. Ukraynanın Baş Prokurorluğunun məlumatında bildirilib ki, müharibə nəticəsində Ukraynada 595-dən çox uşaq zərər çəkib. Bu arada, BMT-nin Baş katibi Antonio Quterreş aprelin 28-də Ukraynaya səfərə gedəcək. O, Kiyevdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və prezident Zelenski ilə, o cümlədən bu ölkədə çalışan BMT əməkdaşları ilə görüşəcək.
Vüsalə camal