UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq. VI turun son oyun günündə E, F, G və H qruplarında 8 görüş keçiriləcək. Saat 21.45 seansında iki qarşılaşma oynanılacaq. "Real Madrid" İspaniyada "Seltik"i sınağa çəkəcək. "Şaxtyor" - "Leyptsiq"lə üz-üzə gələcək. Digər 6 matç gecə saat 12-də start götürəcək. "Çelsi" "Dinamo Zaqreb"in müqavimətini qırmağa çalışacaq. "Milan" San Siroda "Zaltsburq"u qəbul edəcək. "Kopenhagen" - Dortmund "Borussiya"sı, "Mançester Siti" isə İspaniya "Sevilya"sı ilə münasibətlərinə aydınlıq gətirəcək. Gecənin maraqla gözlənən matçı Turində baş tutacaq, PSJ səfərdə "Yuventus"un qonağı olacaq. Bu qrupun digər dueli İsraildə oynanılacaq. "Makkabi" - "Benfika"nı qəbul edəcək.