UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olub
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. Fransa PSJ-si doğma meydanda Almaniya təmsilçisi "Borrusiya Dortmund"la üz-üzə gəlib. İlk görüşdə olduğu kimi, bu matçda da dortmundlular 1:0 hesabı ilə qalib gəliblər.
Bu gün isə İspaniyada "Real Madrid" və Almaniyanın "Bavariya" komandaları arasında oyun baş tutacaq.
Türkiyə Kubokunda finala çıxan ilk komandanın adına da aydınlıq gəlib. Yarımfinal mərhələsində "Beşiktaş" "Ankaragücü" qarşılaşması İstanbul nəhənginin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "qara qartallar" tarixində 17-ci dəfə Türkiyə Kubokunda finala yüksəlib.
Vüsalə Cənnətova