UEFA Ukraynadan siyasi şüarlı formaları dəyişdirməyi tələb edib
2021-06-10 14:00
Futbol üzrə Ukrayna millisinin Avropa çempionatı üçün hazırlanmış formaları dəyişdiriləcək. UEFA bununla bağlı Ukrayna Futbol Assosiasiyasına göstəriş verib. Qitənin ali futbol qurumundan bildirilib ki, BMT dövlətin müvafiq sərhədlərini tanıdığı üçün formadakı Ukrayna xəritəsi qaydaları pozmur. "Слава Украине!" şüarı da geyimdə qalacaq. Amma ikinci şüar - "Героям Слава!" formadan çıxarılmalıdır. UEFA hesab edir ki, bu, birinci şüarla yanaşı yazılanda siyasi məna daşıyır. Formada qeyd olunan şüarlar Rusiyanın narazılığına səbəb olmuşdu.
Fərid Mehdiyev