UEFA Qarabağın futbolçusu Kadi Borgeslə bağlı paylaşım edib
2021-02-15 10:11
UEFA Konfrans Liqasının rəsmi tviter səhifəsi "Qarabağ"ın futbolçusu Kadi Borgeslə bağlı paylaşım edib. Postda braziliyalı yarımmüdafiəçinin Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi"yə vurduğu qoldan sonra sevindiyi fotosu yerləşdirilib. Paylaşımın üstündə isə izləyicilərə bu sual ünvanlanıb: "O, "Qarabağ"da cari mövsümün əsas oyunçusu ola bilərmi"?
Vüsalə camal