UEFA-nın nəzərdən keçirdiyi variantlardan biri müəyyənləşib
2020-04-13 10:07
Koronavirus pandemiyası üzündən dayandırılan avrokubokların başa çatdırılması üçün UEFA-nın nəzərdən keçirdiyi variantlardan biri müəyyənləşib.Qaeyri-müəyyən müddətə təxirə salınan Çempionlar Liqası və Avropa Liqasının oyunları avqustda təşkil oluna bilər. UEFA turnirləri üç həftə ərzində yekunlaşdırmaq niyyətindədir. 1/8 finalın baş tutmayan oyunları, həmçinin 1/4, 1/2 və final qarşılaşmalarının bu qısa müddətdə keçirilməsi planlaşdırılır.
Fərid Mehdiyev