Canlı
UEFA nümayəndələrinin Avropa Liqasının final oyunu ilə əlaqədar Bakıya səfəri başlayıb

2018-09-12 / 16:18

Bakı Olimpiya Stadionunda 2019-cu ildə keçiriləcək Avropa Liqasının final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya 4-cü işgüzar səfəri başlayıb. Səfər proqramında UEFA-nın 40 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik və sair məsələlərlə yerində tanış olacaq. Səfər sentyabrın 14-dək davam edəcək.

Ruhəngiz Hacızadə