UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
UEFA nümayəndələri “Sabah”ın Çempionlar Liqasındakı ev oyunlarına ev sahibliyi edəcək Bakı Olimpiya Stadionuna “Slaviya Praqa” ilə matçdan bir neçə gün əvvəl təkrar baxış keçirəcəklər.İlk baxış zamanı UEFA rəsmiləri rəy və təkliflərini təqdim edib. Hazırda stadionda tələb olunan standartların təmin olunması ilə bağlı işlərin böyük hissəsi yekunlaşıb və arena matç gününədək tam hazır olacaq. Qeyd edək ki, “Sabah” – “Slaviya Praqa” oyunu oktyabrın 13-də saat 20:45-də başlayacaq.
06 oktyabr 2026

