UEFA Millətlər Liqasında I tur başlayıb
UEFA Millətlər Liqasında I tura start verilib. Birinci oyun günündə A, C və D Liqalarının qarşılaşmaları baş tutub. C Liqasının I qrupunda Azərbaycan yığması İsveçlə üz-üzə gəlib və 1:3 hesabı ilə uduzub. Eyni qrupda yer alan Slovakiya səfərdə Estoniyanı minimal hesabla üstələyib. III qrupda Belarus – Bolqarıstan 0:0 və Şimali İrlandiya – Lüksemburq 2:0 nəticələri qeydə alınıb. A Liqası I qrupda Portuqaliya Xorvatiyadan 2:1, Polşa Şotlandiyadan 3:2 üstün olub. IV qrupda isə Danimarka İsveçrə matçı 2:0,
Serbiya – İspaniya görüşü isə 0:0 bitib. D Liqasının I qrupunda San Marino Lixtenşteyni 1:0 üstələyib.
Zülfiyyə Telmanqızı