UEFA millimizin Qətərlə matçının yerini dəyişdirdi
2021-03-09 14:10
Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Qətərlə səfər matçı Avstriyanın paytaxtı Vyanada keçirilməyəcək. UEFA-dan bildirilib ki, koronavirus pandemiyasının səbəb olduğu səyahət məhdudiyyətlərinə görə görüşün yeri dəyişdirilib. Qitə futbol qurumu qarşılaşmanın Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda oynanılmasına qərar verib. Martın 27-də gerçəkləşəcək Qətər - Azərbaycan oyunu Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq.
Vüsalə Camal