UEFA Millətlər Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib
2021-10-07 10:12
UEFA Millətlər Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib. Son avropa çempionu İtaliya Cüzeppe Meatsa” stadionunda İspaniya millisini qəbul edib. Qonaqlar Ferran Torresin dublu ilə rəqibini 2:1 məğlub edərək finala yüksəliblər. Bununlada "Squadra Azzurranın" 37 oyunluq məğlubyətsizlik seriyası başa çatıb. "Matadorlar"ın finaldakı rəqibinin adına bu gün baş tutacaq Belçika - Fransa oyununda aydınlıq gələcək. Görüş Bakı vaxtı ilə saat 22.45 də start götürəcək.
Fərid Mehdiyev