2020-11-15 12:01
Bu gün UEFA Millətlər Liqasında 5-ci tura start verilib. İlk oyun günündə A, C və D Liqalarında 9 qarşılaşma keçirilib. A Liqasının 3-cü qrupunun liderlərindən Portuqaliya Fransanı qəbul edib. Minimal hesablı qələbə qazanan qonaqlar final mərhələsinə vəsiqə əldə ediblər. 0:1. Qrupun digər oyununda İsveç Xorvatiyaya qalib gəlib - 2:1. 4-cü qrupda Almaniya Ukraynanı 3:1 hesabı ilə məğlub edib. İspaniya isə səfərdə İsveçrə ilə heç-heçəyə razılaşıb. 1:1. Bu gün digər oyunlar keçiriləcək. A,B və C Liqalarında 18 qarşılaşma təşkil olunacaq. İtaliya Polşanı qəbul edəcək. Niderlandla Bosniya və Herseqovina komandaları üz-üzə gələcəklər. İngiltərə Belçikanın qonağı olacaq, Danimarka isə İslandiya ilə qarşılaşacaq. Türkiyə seçməsi Rusiyanı qəbul edəcək. Macarıstan - Serbiya görüşü də baş tutacaq.
Vüsalə Camal