2020-11-19 10:09
UEFA Millətlər Liqasında qrup mərhələsinin son tur qarşılaşmaları keçirilib. Türkiyə millisi səfərdə Macarıstan yığmasına 0:2 hesabı ilə uduzub. Bununlada qardaş ölkə təmsilçisi C liqasına düşüb. Serbiyanın qonağı olan Rusiya seçməsi darmadağınla üzləşib 0:5. Turun digər matçlarında Belçika evdə Danimarkanı 4:2 hesabı ilə məğlub edərək qrup birincisi olub. Niderland yığması səfərdə Polşadan üstün olub 1:2. İngiltərə millisi isə doğma meydanda İslandiyanı yenib 4:0. Son turda səfərdə Bosniya yığmasına qarşı 2:0 hesablı inamlı qələbə İtaliya millisinə qrup liderliyi üçün bəs edib. Qrup mərhələsinin son qarşılaşmalarından sonra İspaniya və Fransa millilərinin ardınca İtaliya və Belçika yığması da yarımfinala vəsiqəni təmin ediblər.
Nərgiz Camal