UEFA Millətlər Liqasında 1-ci turun oyunları davam edir
UEFA Millətlər Liqasında 1-ci tur davam edir. İkinci oyun günündə A, B və C Liqalarının ümumilikdə 8 matçı keçirilib. A Liqasında İtaliya Fransanı, Belçika isə İsraili 3:1 hesabı ilə məğlub edib.
B Liqasında qardaş ölkə Türkiyənin milli komandası Uelslə qarşılaşıb. Matçın son yarım saatını azlıqda keçirən “ay-ulduzlular” səfərdən 1 xalla ayrılıb.
Fərid Mehdiyev