UEFA Millətlər Liqasının qrup mərhələsində 2-ci tura yekun vurulub
2021-06-09 10:12
UEFA Millətlər Liqasının qrup mərhələsində 2-ci tura yekun vurulub. Sonuncu oyun günündə A və B Liqalarında ümumilikdə 4 qarşılaşma oynanılıb. A Liqasının 4-cü qrupunda Belçika Polşanı 6:1 hesabı ilə darmadağın edib. Qrupun digər matçında Niderland səfərdə Uelsə 2:1 hesabı ilə qalib gəlib. B Liqasının 1-ci qrupunda Şotlandiya doğma meydanda Ermənistanı 2 cavabsız qolla üstələyib. Ukrayna isə səfərdə İrlandiyanı minimal hesabla yenib - 1:0.
Vüsalə camal