UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb
Azərbaycan milli komandası UEFA Millətlər Liqasında Litva yığmasına 1:0 hesabı ilə qalib gəlib.Baş məşqçi Ayxan Abbasov komandanın yorğun olmasına baxmayaraq, qarşılaşmada istədiklərinə nail olduqlarını deyib. O bildirib ki, futbolçular bacardıqlarından daha yaxşı oyun nümayiş etdiriblər.Litva millisinin baş məşqçisi Edqaras Yankauskas isə meydanda iki bərabər səviyyəli komandanın mübarizə apardığını bildirib.
05 oktyabr 2026

