UEFA Konfrans Liqasında pley-off mərhələsin başlayır
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə start veriləcək. Saat 21:45-də başlayacaq matçlarda Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" İsveçrə "Bazel"ini sınağa çəkəcək. Braqa Portuqaliyada Fiorentina ilə üz-üzə gələcək. Gecə yarısı keçiriləcək oyunlara gəlincə, “Latsio” - “CFR Kluj”la, “Ludoqorets” - “Anderlext”lə, Kipr AEK-i isə - “Dnepr-1”lə qarşılaşacaq. Bu raundun cavab görüşləri fevralın 23-də olacaq.
Vəfa Şairova