UEFA Konfrans liqasında mübarizə aparacaq təmsilçilərimizin rəqibləri müəyyənləşib
2021-06-16 18:00
"Qarabağ", "Sumqayıt" və "Keşlə" komandalarının UEFA Konfrans Liqasının II təsnifat mərhələsində rəqibləri bəlli olub. Ağdam təmsilçisi İsrailin "Aşdod" klubu ilə üz-üzə gələcək. "Sumqayıt" Serbiyanın "Çukariçki", "Keşlə" isə Rusiyanın "Soçi" klubu ilə qarşılaşacaq. II təsnifat mərhələsinin ilk oyunları iyulun 22-də, cavab görüşləri isə bir həftə sonra olacaq.
Vüsalə Camal