UEFA Konfrans Liqasında 2021/2021 mövsümünün I təsnifat mərhələsinin püşkü atılıb
2021-06-15 18:00
UEFA Konfrans Liqasında 2021/2021 mövsümünün I təsnifat mərhələsinin püşkü atılıb. Nyon şəhərində gerçəkləşən mərasimində 33 cüt müəyyənləşib. Azərbaycan təmsilçilərindən "Qarabağ", "Sumqayıt" və "Keşlə" II təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Onların rəqibləri isə iyunun 16-da bəlli olacaq. I təsnifat mərhələsinin ilk oyunları iyulun 8-i və 15-də baş tutacaq. Klublarımızın mübarizə aparacağı raundun görüşləri isə 22-29 iyula təsadüf edəcək.
Fərid Mehdiyev