UEFA gənclər arasında Avropa çempionatını təxirə salıb
2020-10-21 10:01
UEFA 19 yaşadək futbolçulardan ibarət komandalar arasında 2020-ci ildə keçiriləcək Avropa çempionatı ilə bağlı qərar verib. Təşkilatın mətbuat xidmətindən bildirilib ki, final mərhələsi Şimali İrlandiyada keçirilməli olan turnir qeyri müəyyən vaxta qədər təxirə salınıb. Koronavirusla hazırki durumu nəzərə alan qurum belə addım atmağa məcbur olub.
Fərid Mehdiyev