UEFA Avropa Liqasında ikinci finalçı da müəyyənləşib
2020-08-18 10:08
UEFA Avropa Liqasında ikinci finalçı da müəyyənləşib. Növbəti yarımfinal oyununda "İnter" "Şaxtyor"la qarşılaşıb. Son vaxtların iki məğlubedilməz komandasının duelindən italyanlar darmadağınla qalib ayrılıblar. "İnter" ukraynanlıların qapısından 5 cavabsız top keçirib. Milan komandası avqustun 21-də Kölndə keçiriləcək final oyununda turnirin beşqat qalibi və rekordçusu "Sevilya" ilə qarşılaşacaq.
Nərgiz Camal